9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Neftçi” Regekampfa 100 min avro təzminat ödəməlidi?

Rumıniya mətbuatı "Neftçi"nin baş məşqçisi Laurensio Regekampfla bağlı yeni iddia irəli sürüb.

Futbolxeber.az-ın məlumatına görə, bu ölkənin prosport.ro saytı rumın mütəxəssisin vəzifəsini itirmək təhlükəsi ilə üzləşdiyini yazıb. Buna səbəb kimi onun rəhbərliyi altında "Neftçi"nin bu mövsüm titul qazana bilməməsi göstərilib.

İddia edilir ki, "Neftçi" rəhbərliyi Rege ilə yolları ayırmağı düşünür, amma ona təzminat ödəmək istəmir. Saytın yazdığına görə, onunla imzalanan müqavilədə belə bir bənd var ki, sənəd vaxtından əvvəl, birtərəfli qaydada pozularsa, bu halda məşqçiyə 100 min avro cərimə ödənməlidir.

"Universitet Krayova"nın sabiq baş məşqçisi azərbaycanlı klub rəhbərlərinə bildirib ki, onu istədikləri vaxt qova bilməzlər. Rege onlara deyib ki, təzminatda endirim etmək niyyətində deyil", - deyə sayt yazıb.

Ötən ilin yayında "Neftçi"yə keçən Regenin Bakı klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31