9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İcraiyyə Komitəsinin iclası nə vaxt olacaq?

Yeni mövsümdə Premyer Liqada 10, yoxsa 12 klubun çıxış edəcəyi barədə müzakirələr səngimir.

Futbolxeber.az saytının məlumatına görə, reqlamentə əsasən sonuncu yeri tutan “Şamaxı” I Diviziona yuvarlanıb. “Şamaxı”nı Premyer Liqada I Divizionun qalibi “Araz Naxçıvan” əvəzetməlidi. Lakin Premyer Liqada klub sayının artırılacağı, “Araz Naxçıvan”la yanaşı, “Zaqatala”nın da yüksək liqada iştirak edəcəyi barədə xəbərlər yayılıb.

Bütün bunlara AFFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gələcək. Düzdür, iyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Lakin fövqəladə toplantıda yalnız II Divizionun yaradılması müzakirə olunub. Odur ki, hər kəs İcraiyyə Komitəsinin növbəti iclasını gözləyir.

Hələlik həmin iclasın dəqiq vaxtı məlum deyil. Lakin toplantı iyunun 17-nə kimi baş tutacaq. Bu, dəqiqdir.

Onu da qeyd edək ki, İcraiyyə Komitəsinin iclasında Premyer Liqadakı klub sayı ilə yanaşı, futbol kimi, futzal klublarına da dövlət tərəfindən maliyyə yardımının ayrılacağı gözlənilir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31