9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aydın Bayramov: “Böyük şəhərin tək komandasını və azarkeşlərimizi unutmayacam”

Bu gün rəsmən “Sumqayıt”dan ayrılan Aydın Bayramov doğma klubu ilə vidalaşıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı qapıçı sosial şəbəkə hesabında “Sumqayıt”dan gedişi ilə bağlı bunları yazıb:

“2019-cu ilin yanvarında başladığım “Sumqayıt” karyeram bu gün rəsmən başa çatır. Karyeramın ən gözəl dövrünü bu klubda, bu şəhərdə keçirdim. Bu klub və bu şəhər mənə çox şeylər öyrətdi. 4 il uğurları üçün çalışdığım bir məkanı, bir klubu tərk etmək bir peşəkar idmançı üçün çox ağırdır. Bu gözəl illər üçün komanda yoldaşlarım, inzibati heyət, bütün ofis əməkdaşları və ən əsası azarkeşlərə dərin təşəkkürümü bildirirəm.

Böyük şəhərin tək komandası və azarkeşlərimiz - sizləri unutmayacağam, haqqınızı halal edin. Bu gündən mənim üçün yeni bir dövr başlayır, inşallah uğur qazanacağıma tam əminəm.

Əlvida “Sumqayıt” FK

Sizə də, mənə də gələcək karyeramızda uğurlar!!!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31