Ölkə futbolu
Regekampf: “Qəbələ”yə hörmətlə yanaşmalıyıq”
"Final oyunudur. Çox çətin görüş olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun finalında sabah "Qəbələ"yə qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Qəbələ" yaxşı komandadır. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər gəldikləri yola nəzər yetirməliyik. "Qəbələ" çox yaxşı komandalara qalib gələrək finala çıxıb. Döyüş ruhu çox olan final matçına hazır olmalıyıq. Sabahkı oyunda qalib gəlmək üçün hər şey edəcəyik. Əlimizdə olan şansdan yararlanmağa çalışacağıq ki, kuboku qazanaq. Oyuna hazırıq. Şanslar 50/50-dir".
Mütəxəssis penaltilər seriyasına da hazır olduqlarını deyib: "Buna hazırıq. Hər şey mümkündür. Bayaq dedim ki, sabah sona qədər döyüşməyə hazırıq".
"Büdcə və oyunçuların keyfiyyəti, baş məşqçinin təcrübəsi baxımından sizcə, "Neftçi"nin şansları daha çox deyilmi" sualına Regekampf bu cür cavab verib: "Çalışacağam ki, nəzakətli cavablar verim. Bu cür oyunlarda baş məşqçilərin təcrübəsini müqayisəsini aparmaq doğru deyil. "Sevilya" ilə "Roma" arasında keçirilmiş Avropa Liqası finalına baxın. Əgər baş məqşçi təcrübəsini müqayisə ediriksə, oyundan əvvəl kuboku Joze Mourinyoya verməli idik. Çünki, təcrübəsi çoxdur. Baş məşqçi olaraq ən yaxşısını edirik ki, oyunçuları hazırlayaq. Bəli, finaldır. Şanslar bərabərdir. Çalışacağıq ki, bu oyunda qələbə qazanaq. Biz hansı klubu təmsil etdiyimizi bilirik. Bunu qürur hissi ilə etməliyik. Sabah klubumuzu yaxşı tərəfdən təmsil etməli, döyüşməli, qaçmalıyıq. Çünki bu, güclü, böyük addır. Burada "Neftçi" haqda danışıram. Hər bir oyunçu meydana daxil olanda dərk edir ki, klubun anlamı nədir. Finalda çoxlu hisslər var. Əminliklə deyə bilərəm ki, hər iki komanda ən yaxşısını edəcək".
"Mourinyo indiyə qədər neçə titul qazanıb? Ən çox titul qazanan məşqçi kimdir? Mən deyə bilərəm, Aleks Ferqyussondur. 49 titulu var və ilk 4-5-likdə Mourinyo gedir. Səhv etmirəmsə, Mourinyo ilk dəfə idi ki, finalda uduzurdu. Hazırda dünyanın ən yaxşılarından biridir. Məşqçinin CV-si o qədər də vacib deyil. Sabah kubokun finalıdır. Ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onlar meydana daxil olurlar, hissləri var, səhv edə bilərlər. Robotlarla yox, insanlarla çalışırıq" - deyə mütəxəssis əlavə edib.
"Neftçi" ən köklü klublardan biridir. Sabah uğursuzluq baş versə, sizin istefanızla nəticələnə bilərmi" sualını belə cavablandırıb: "Bu suala cavab verməli deyiləm. Çox sevinirəm ki, oyunçularımla bərabər finala gəlib çıxmışıq. Bundan qürurlanmalıyıq. Bu, o deməkdir ki, özümüz və komandamız üçün yaxşı nəsə əldə etmişik. Buradan getməyim və qalmağımla bağlı heç bir problem yoxdur. Hər gün eyni inamla çalışıram. "Neftçi" üçün nələr edə biləcəyimi, səviyyəmin necə olduğunu bilirəm. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda bilirdim ki, risklər haradadır. İnanın ki, hər gün bu hiss ola-ola işləyə bilmərəm. Əldə etdiklərimə görə məmnunam".
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu saat 20:00-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb