9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Regekampf: "Bu, mənə qarşı hörmətsizlikdir"

"Yaxşı oyun oldu, temp var idi. Penalti epizodunda bir az şanssızlıq oldu. Hesabı qoruyub saxladıq, 3 xal qazandıq. Bu, bizim üçün hazırda çox vacibdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 36-ı turunda bu gün "Sabah"a qalib gəldikləri (1:0) oyundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis "Qəbələ" ilə kubokun final matçına komandasının tam heyətlə hazır olacağını bildirib: "Kubokun finalına qədər bir həftə vaxtımız var. Həmin oyuna yaxşı hazırlaşacağıq. Şükürlər olsun ki, bu gün heç bir futbolçumuz zədələnmədi. Zədəli olan oyunçular da artıq bizə qoşulurlar. Ümid edirəm ki, kubokun finalında bütün futbolçular sərəncamımda ola biləcək".

"Neftçi" kuboku qazana bilməsə, vəzifənizdə qalacaqsınız" sualı Regekampfı özündən çıxarıb: "Zəhmət olmasa, bir az hörmətlə sual verin. Necə belə bir sual verə bilərsiniz?  Çox axmaq sualdır. Bu, mənə qarşı hörmətsizlikdir".

Regekampf "Sabah"a uduzduqları əvvəlki 3 oyun haqda fikirləşmək istəmədiyini qeyd edib: "Əvvəlki matçlarda nələrin çatışmadığını xatırlamaq istəmirəm. Tam olaraq bu oyuna köklənmişdim. Bu qarşılaşmadan sonra kuboku fikirləşməyə çalışacağam. Çox dərinliyə gedib "Sabah"la matçlarımızı təhlil etmək istəmirəm. Sevindirici haldır ki, bu gün qələbə qazanan tərəf biz olduq".

"Neftçi"nin çalışdırıcısı "Qəbələ"nin final matçından əvvəl Konfrans Liqasına vəsiqəni təmin etməsinin oyuna təsir etməyəcəyini düşünür: "Bu, final görüşüdür. Hər komanda üçün titul vacibdir. Final elədir ki, heç kim oyundan əvvəl qalib olmur. Hər komandanın şansı 50/50-dir. Biriləm ki, hər iki komanda kuboku qazanmaq üçün sona kimi mübarizə aparacaq. Məncə, bu cür matçlarda hansı kollektiv yaxşı köklənsə, yaxşı hazırlaşsa, kuboku qazanmaq üçün onun üstünlüyü olacaq. Bəxtimizdən final oyunu doğma stadionumuzda keçiriləcək. Tribunaların dolu olacağını gözləyirik. Azarkeşlərimizin dəstəyi ilə qələbə qazanıb titula yiələnmək istəyirik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31