9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Şamaxı” çətin yolu seçmişdi”

“Son tura qədər intriqanı saxladıq. Özü də heç kimin tanımadığı futbolçularla bunu etdik. Bu gün də layiqli mübarizə apardıq. Mövsümün əvvəlindən mütəxəssislər təcrübəsiz futbolçular və gənc məşqçilərə görə "Şamaxı"ya autsayder gözü ilə baxırdı. Təəssüf ki, Premyer Liqanı tərk etdik. Azarkeşlərə təşəkkür edirik. Bu gün bizi tək qoymadılar. Təəssüf ki, onlarə sevindirə bilmədik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 36-cı turunda "Səbail"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, qol vurmaqda çətinlik çəkdiklərini bildirib: “Təcrübəli və legionerlərlə işləmək asandı. Bizə isə gənc futbolçularla işləmək nəsib oldu. Uzun yol oldu. Məşqçi kimi Cavid Hüseynovla ilk işimiz idi. Buradakı səhvlərimizi gələcəkdə etməməliyik. Ən böyük problemimiz qol vura bilməmək idi. Yəqin ki, gələcəkdə çalışdığımız klublarda təcrübəli və legioner oyunçular almaq istəyəcəyik”.

V.Əsgərli yeni mövsüm Premyer Liqada 12 komandanın mübarizə aparmasını istədiyini söyləyib: “Biz də istəyərdik ki, çempionatda 12 komanda olsun. Amma idman prinsiplərini unutmamalıyıq. Son illərdə belə maraqlı çempionat görməmişdik”.

“Şamaxı”nın çalışdırıcısı Premyer Liqa ilə vidalaşmaqlarına baxmayaraq, düşünür ki, yerli futbolçularla mübarizə aparmağa dəyərdi: "Şamaxı" çətin yolu seçmişdi. Gənclərlə belə məğlubiyyətlər gözlənilən idi. Səhv yolu seçməmişdik. Artıq futbolçularımıza iddialı klublardan təkliflər var. Bu da futbolumuz üçün xeyirlidir”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31