9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qəbələ"nin futbolçusu üçün yubiley

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev Premyer Liqada 200-cü oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin yubileyi 35-ci tura təsadüf edib. O, “Şamaxı” ilə səfər matçını əvəzolunmadan keçirib.

Məqsəd Premyer Liqadakı 200 görüşdə 5 qol vurub. 2021-ci ilin yayından “Qəbələ” forması geyinən müdafiəçi bu matçların 60-nı “qırmızı-qara”ların üzvü kimi keçirib. Onun aktivində 3 qol var.

Premyer Liqada 2013/14 mövsümündə debüt edən İsayevin ilk komandası “Neftçi” olub. O, bu klubda 75 oyuna çıxıb. Karyerası ərzində beş klubda çıxış edən futbolçu “Şamaxı”da 6 (1 qol), “Sabah”da 39 (1 qol), “Səbail”də 20 dəfə meydana çıxıb (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31