9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Neftçi" rəsmisi: "Rusiyadakı turnirdə iştirakla bağlı rəsmi təklif almışıq"

"Rusiyadakı turnirdə iştirakla bağlı "Zenit" klubundan bizə rəsmi dəvət gəlib".

Futbolxeber.az saytının məlumatına görə, bunu “Report”a açıqlamasında "Neftçi"nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev deyib.

Klub rəsmisi hələlik qərar verilmədiyini bildirib: "Çünki bu, təlim-məşq toplanışının planlarını dəyişir. Çox güman ki, Azərbaycan Kubokunun finalından sonra məsələyə yenidən qayıdacağıq. Hazırda bunun üzərində çox düşünmürük. Turnirə getsək, toplanışı Rusiyada keçməliyik. Bunun üçün orada şərait olmalıdır".

Qeyd edək ki, "Zenit"in prezidenti Aleksandr Medvedev iyulda Türkiyənin "Fənərbağça", Serbiyanın “Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözlədiklərini söyləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31