9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rəşad Sadıqov: “Üstünlük “Qəbələ”dədir, favorit onlardır”

"Gərgin oyunun şahidi olduq. Hər iki komanda meydanda amansız mübarizə aparırdı. Qələbə qazanaraq şanslarımızı son tura saxlamamaq istəyirdik. Düşünürəm ki, qələbəyə yaxın idik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 35-ci turunda bu gün "Sabah"la keçirilən səfər matçından sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Rəqibdə 90-cı dəqiqədə 100 faizli qol imkanı yarandı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam. Yaxşı rəqibə qarşı oynayırdıq. "Sabah" ikinci yeri təmin etsə də, necə mübarizə aparırdı, görürdünüz. Əsas heyət son dəqiqəyə qədər meydanda idi. Sonuna qədər mübarizə aparırdılar. Bizim işimizi bir az çətinləşdirirdi, amma ümumən oyunun öhdəsindən futbolçularım pis gəlmədi. Ağır səfər oyunundan üstün epizodlarla ayrılırıq. Amma təəssüf ki, onları qola çevirə bilmədik".

Mövsümün əvvəlində qarşıya qoyulan hədəfin 4-cü yeri tutmaq olduğunu deyən baş məşqçi buna "Qəbələ"nin daha şanslı olduğunu bildirib: "Qış fasiləsində futbolçularla danışanda, işin bura qədər qalacağını müzakirə edirdik. Bilirdik ki, "Qəbələ" ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcək. Elə də oldu. Üç turdan bundan qabaq altı xal geridəydik. Ancaq indi son tura qədər şansımız qalıb. Amma rəqib mütləq məğlub olmalıdır, biz qalib gəlməliyik. Hətta bərabərlik bizə kifayət etmir. "Qəbələ" evdə "Kəpəz"ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadır, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik. Əslində, mövsümün əvvəlində hədəf dördüncü yeri tutmaq idi. Bunun uğrunda da iki komanda arasında mübarizə getdi. Hansı komanda dördüncü yeri tutsa, məncə, hər ikisi layiqdir".

R.Sadıqov "Növbəti mövsüm çempionluq uğrunda oynayacaqsınız, yoxsa avrokuboklara vəsiqə üçün" sualını isə belə cavablandırıb: "Təbii ki, burada büdcə məsələsi böyük rol oynayır. Bu haqda rəhbərliklə hələ danışmamışıq. Büdcəmiz hələ müəyyən deyil. Mövsüm bitdikdən sonra daha detallı şəkildə bu barədə müzakirələr aparacağıq. Dörd futbolçu gətirdik, ancaq onlardan yalnız Eldardan istədiyimiz kimi istifadə etdik. Vladislav Kulaç zədəlidir, bizimlə deyil. Donald Gerye iki aylıq zədələnmişdi. İbrahim Abbas da zədəli gəlmişdi, sonradan bizə qoşuldu. Transfer etdiymiz oyunçuların potensialından tam istədiyimiz kimi istifadə edə bilmədik. Ancaq gələn il üçün güclənmək istəyirik. Mövsüm başa çatsın, detallı təhlil edib növbəti mövsümə hazırlaşacağıq".

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31