9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev: “Heç-heçəyə görə kədərlənmək vaxtı deyil”

“Oyun barədə çox geniş danışmağa ehtiyac yoxdur. Bilirdik ki, bu gün 4-cü yeri təmin edə bilərdik. Komanda bu səbəbdən də matçın əhəmiyyətini dərk edirdi. Ümumi götürdükdə, bizi ağır qarşılaşma gözlədiyini bilirdik. “Şamaxı”ya da xal lazım idi. Qol epizodları yaratsaq da, dəyərləndirə bilmədik. Lakin bugünkü heç-heçəyə görə kədərlənmək vaxtı deyil. 1 oyunumuz qalıb. Ona görə də son turdakı görüşə hazırlaşmalıyıq”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 35-ci turunda “Şamaxı” ilə oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, rəqibin heç də zəif olmadığını vurğulayıb: “Gəlin “Şamaxı”nı kiçiltməyək. Daha əvvəl də burda xal itirmişik. Bizdən öndə gedən komandalar da Şamaxı səfərində çətinliklə üzləşiblər. Futbolda hər şey sən fikirləşdiyin kimi, istədiyin kimi olmur”.

E.Baxşıyev matç bitdikdən sonra hakimə etiraz etməsinə belə aydınlıq gətirib: “Hakimlər həm bizlə, həm mənim məşqçilər korpusumla bağlı bir qədər diqqətli olsalar, daha yaxşıdı. Çünki tribunadan butulka atırlar, amma dördüncü hakim reaksiya vermir”.

“Qəbələ”nin baş məşqçisi qapıda Səlahət Ağayevə deyil, Kristof Atanqanaya şans verməsi barədə sualı belə cavablandırıb: “Səlahətin hər hansı bir narahatçılığı yoxdur. Sadəcə biz də heyətləri analiz edirik. Düşündük ki, bu gün qapıda Atanqana dayansa, daha yaxşı olar”.

Baxşıyev müqaviləsi bitən futbolçuların son turlara köklənmələrində problem olmadığını söyləyib: “Futbolçuların digər klublardan təklif alması normaldı. Tək bizim yox, bütün klubların oyunçularına təklif olur. Amma bu məqam futbolçuların son matçlara köklənməsində problem yaratmır. Onlar maksimum güclərini meydanda qoyurlar. Bizim üçün mövsümün sonuna 2 tur qalıb. Həmin matçlardan sonra gələcək planlarla bağlı geniş müzakirə aparmaq olar”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31