9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

ÇL: "Qarabağ"ın daha dörd potensial rəqibi müəyyənləşdi

“Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsi üçün daha 4 potensial rəqibinin adına aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bunlar "Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani”dir (Kosovo).

Daha əvvəl isə 9 mümkün rəqib məlum olmuşdu: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

İndi yalnız 2 potensial rəqib müəyyənləşməyib: Albaniya çempionu və ilkin mərhələnin qalibi.

Azərbaycan və Ermənistan çempionlarının üz-üzə gəlməsi mümkün olmadığından. Ermənistan çempionu potensal rəqib hesab edilmir.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq. Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. yunlar isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31