9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Neftçi"də iki yubiley

Azərbaycan Premyer Liqasının 35-ci turu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçı Rəhman Hacıyev və Voyislav Stankoviçin yubileyi ilə yadda qalıb. Hacıyev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.30 yaşlı yarımmüdafiəçi Premyer Liqada 2008/09 mövsümündə debüt edib. İlk oyununa “Bakı” forması ilə çıxan Hacıyev 14 mövsüm ərzində 4 fərqli klubda çıxış edib. Onun hesabında 27 qol var. O, “Neftçi”də 144 (14 qol), “Bakı”da 44 (2 qol), “Şamaxı”da 44 (8 qol), “Sumqayıt”da 18 (3 qol) oyun keçirib.

Qəbələ şəhər stadionuna kapitan kimi çıxan Stankoviç isə Premyer Liqada 200-cü matçını keçirib. Debütü 2014/15 mövsümünə təsadüf edən 36 yaşlı serbiyalı müdafiəçi 8 mövsümdə 3 fərqli klubda forma geyinib. Onun hesabında 9 qol var. Debüt etdiyi “İnter”də (indiki “Şamaxı”) 12 (1 qol) matç keçirən arxa xətt oyunçusu “Qəbələ”də 92 (1 qol), “Neftçi”də 96 (7 qol) dəfə şans qazanıb.

Qeyd edək ki, “Kəpəz” - “Neftçi” oyununda bakılılar 3:1 hesabı ilə qalib gəlib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31