9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Lex"in futbolçusu "Qarabağ"la oyunu xatırladı: "Pis gün idi"

"Lex"in (Polşa) futbolçusu Pedro Reboşu bu mövsüm Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdikləri oyunları (1:0, 1:5) xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Ağdam klubuna Bakıda 1:5 hesabı ilə uduzduqları matçın onlar üçün pis gün olduğunu bildirib:

“Qarabağ”la ilk oyundan sonra hiss etdik ki, bu səviyyədə mübarizə aparmaq üçün hər şeyimiz var. Cavab oyunundan sonra da məyusluğa baxmayaraq, Avropada gözəl macəra yaşaya biləcəyimizi başa düşdük. Pis gün idi, amma o zaman düşündük ki, Avropada inkişafa doğru gedə bilərik. Tezliklə qalib gəlməyə də başladıq. Bundan sonra gələcək uğurlara tam inamımız oldu. Onsuz da qrup mərhələsində və ya pley-off mərhələsində çətin olacaqdı. Amma xüsusən evdə "Qarabağ"ın  öhdəsindən gələ bildik".

Qeyd edək ki, "Lex" ÇL-in 1-ci təsnifat mərhələsində evdə Ağdam təmsilçisinə 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 1:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. Komanda daha sonra Konfrans Liqasının 1/4 finalına qədər irəliləyib və burada hazırda turnirin finalçısı olan "Fiorentina" səddini keçə bilməyərək çıxışını başa vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31