10 May 2024, Cümə
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı

Ölkə futbolu

Almeydadan 250-ci oyun

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 250-ci oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXXIII turuna təsadüf edib.

Braziliya futbolunun yetirməsi “Qəbələ” ilə ev oyununun gedişində meydana daxil olub. Ağdam klubu bu görüşdə 3:0 hesabı ilə qalib gəlib.

Riçard Premyer Liqada 2012/13 mövsümündə debüt edib. Ölkə çempionatının 11 mövsümündə iştirak edən yarımmüdafiəçi 250 matçda 46 qola imza atıb.

O, bu müddətdə iki klubun formasını geyinib. Almeyda “Qarabağ”da 230, “Zirə”də 20 dəfə şans qazanıb. Orta sahə oyunçusu bütün qollarını Ağdam klubunun heyətində vurub (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31