10 May 2024, Cümə
"Turan Tovuz"dan müraciət
Yassin Benzia Fransa klubuna keçir?
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı

Ölkə futbolu

"Zirə"nin kapitanı 150-yə çatdı

Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Zirə”nin 27 yaşlı futbolçusunun yubileyi Azərbaycan Premyer Liqasının 33-cü turuna təsadüf edib. Yarımmüdafiəçi “Şamaxı” ilə səfər görüşünə kapitan kimi start heyətində çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən Alıyev bu müddətdə iki klubun formasını geyinib. O, debüt etdiyi “Qəbələ”də 70, “Zirə”də 80 dəfə çempionat matçına çıxıb. Qismətin hesabında 5 qol var. O, “qırmızı-qaralar”ın forması ilə 1, “qartallar”ın heyətində 4 dəfə fərqlənib.

Alıyev Premyer Liqada ilk matçını 2015-ci il mayın 28-də keçirib. Yarımmüdafiəçi “Qəbələ”nin “Bakı” ilə ev oyununda (3:0) şans qazanıb. Onun “Zirə”dəki ilk çempionat qarşılaşması isə 2020-ci il oktyabrın 18-nə təsadüf edib. Qismət “Sumqayıt”la səfər matçında (1:2) forma geyinib.

Qeyd edək ki, “Zirə” Şamaxı səfərində 3:0 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31