9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Regekampf futbolçuları meydanın mərkəzinə niyə yığmışdı?

“Neftçi”nin baş məşqçisi Laurentsio Regekampf Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları oyundan sonra futbolçularını meydanın mərkəzinə yığıb.

Futbolxeber.az saytının məlumatına görə, matçdan sonra təşkil olunan mətbuat konfransında rumın mütəxəssis addımının səbəbini belə izah edib:

“Oyundan qabaq da futbolçulara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıyıq, hələ tətilə çıxmamışıq. Bu, bizim, klubun adıdır. İmkan verə bilmərik ki, adımız belə ləkələnsin”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31