8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Araz Naxçıvan” çempion!

 
I Divizionda 2022-2023 mövsümünün qalibi müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.
 
Səfərdə "Qaradağ Lökbatan"ı iki cavabsız qolla məğlub edən komanda çempionluğunu rəsmiləşdirib. Muxtar respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi-2"ni 11 xal qabaqlayır.
 
2013/14 mövsümündəki uğurunu təkrarlayan “Araz Naxçıvan” birindi divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.
 
Lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək.
 
4 may
 
"Səbail-2" - "Qəbələ-2" - 1:0
Qol: Rasim Həsənov, 86
 
"Qaradağ Lökbatan" - "Araz Naxçıvan" - 0:2
Qollar: Orxan Əliyev, 17 (pen.), Bayraməli Qurbanov, 45
 
"Mingəçevir" - MOİK - 0:2
Qollar: Ramil Orucov, 16, Elmir Rəhimzadə, 72



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31