9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qəbələ"nin müdafiəçisi 100-ə çatdı

Murad Musayev “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, 29 yaşlı müdafiəçinin yubileyi Premyer Liqanın XXXII turuna təsadüf edib.
 
“Səbail”lə ev matçı (4:2) arxa xətt oyunçusunun “qırmızı-qaralar”ın heyətində 100-cü sınağı olub. Musayev bu qarşılaşmalarda 3 qola imza atıb.
 
Müdafiəçinin “Qəbələ”də debütü 2012/2013 mövsümündə gerçəkləşib. O, ilk dəfə 2012-ci il avqustun 10-da Premyer Liqanın “İnter”lə görüşündə (1:0) şans qazanıb. Musayev ümumilikdə ölkə çempionatında 87, kubokda 12, avrokuboklarda 1 matçın iştirakçısı olub. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.
 
Müdafiəçi 100 və daha çox oyun keçirən 13-cü futbolçu kimi “Qəbələ”nin tarixinə düşüb. Bu göstəricidə rekord Urfan Abbasova məxsusdur. O, “qırmızı-qara” formada 263 matça çıxıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31