8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Sumqayıt" "Kəpəz"i məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
 
Futbolxeber.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib..
 
Günün ilk matçında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb. Məğlubiyyətə baxmayaraq, Gəncə klubu 29 xalla 7-ci pillədə qalıb. 28 xalı olan "Sumqayıt" isə 8-cidir.
 
Günün digər oyununda isə "Sabah" doğma meydanda "Şamaxı"nı məğlub edib. 
 
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel (şənbə)
 
"Sabah" - "Şamaxı" - 1:0
Qol: Aleksey Kaşuk, 7
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
"Bank Respublika Arena".
 
"Kəpəz" - "Sumqayıt" - 0:1
Qol: Vüsal İsgəndərli, 64
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Qəbələ şəhər stadionu.
 
Qeyd edək ki, turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" görüşü isə mayın 2-də keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31