9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Heç-heçəsiz yarımfinal

Azərbaycan kubokunda yarımfinal mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, keçirilən 4 oyunda heç-heçə qeydə alınmayıb. “Neftçi” və “Turan Tovuz”un duellərində tərəflər evdə (0:1, 2:0) qalib gəlibsə, “Qəbələ” “Səbail”i hər iki matçda (3:2, 1:0) məğlub edib.

Kubok qazanmağa iddialı komandaların mübarizə apardığı yarımfinalda heç-heçənin olmaması son 14 mövsümdə ilk dəfə qeydə alınır. Belə hadisə sonuncu dəfə 2008/09 mövsümündə yaşanıb.

Həmin vaxt “Qarabağ” “Bakı”nı iki dəfə məğlub edib (2:1, 2:1), “İnter”lə “Qəbələ” isə ev oyunlarında (5:0, 0:2) qalib gəlib. Sonrakı mövsümlərdə yarımfinalda ən azı bir matç sülhlə tamamlanıb.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən yarımçıq qalan 2019/20 mövsümündə yarımfinal cütləri müəyyənləşsə də, qarşılaşmalar baş tutmayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31