8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qamze Altun: "İrəvanda qazandığım medalı Azərbaycana həsr etdiyim üçün qürurluyam"

"Medal qazandığım və bunu Azərbaycana həsr etdiyim üçün çox qürurluyam".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında gümüş medal əldə edən Qamze Altun Bakıdakı qarşılama mərasimində deyib.
 
20 yaşlı idmançı Azərbaycana gəldiyi üçün çox xoşbəxt olduğunu söyləyib: "Dəvət üçün cənab Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Bu uğur hamımızın haqqıdır. Bizi buraya gətirdiyi üçün federasiya prezidentimiz Talat Ünlüyə də minnətdaram. Qarşılama mərasimi üçün isə sizə təşəkkür edirəm".
 
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanan türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altun və federasiya nümayəndələri Prezident İlham Əliyevin dəvəti ilə Bakıya gəliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31