Ölkə futbolu
İspaniya nəşri Azərbaycan futbolundan yazdı
İspaniyanın "elmundofinanciero" saytı Azərbaycan futbolu haqda araşdırma məqalə yayımlayıb.
Futbolxeber.az saytının məlumatına görə, pireneyli həmkarlarımız xüsusilə bu mövsümə yer ayırıb.
Yazıda komandaların durumu, bu mövsüm Premyer Liqadan klublardan hansınınsa düşmə ehtimalı, AFFA-dakı, daha dəqiqi PFL-dəki dəyişikliklər, atılan addımlardan bəhs edilir.
Peşəkar Futbol Liqasının yeni prezidenti Elxan Səmədovun UEFA-nın məşqçilər üzrə “B” lisenziyasına sahib olması, AFFA-da Uşaq Futbolunun İnkişaf Şöbəsinin direktoru kimi çalışması, 2021-ci ildən AFFA-da VAR şöbəsinin rəhbəri olması, eləcə də İtaliya və Amerikada təhsil alması da vurğulanıb. İspanlar xüsusilə diqqəti VAR sisteminin tətbiqinin Avropanın bir çox ölkələrindən fərqli olaraq qısa müddət çəkməsinə yönəldiblər.
Premyer Liqaya sponsor tapılması, bu müqavilənin digər şirkətlərin də diqqətini çəkməsi, yeni sponsorlarla anlaşmalar qeyd olunub. İlk dəfə olaraq internet üzərindən yayım hüququnun satışı, Azərbaycan mətbuatında Peşəkar Futbol Liqasının yeni saytının TOP-5 çempionatlarının internet ünvanı səviyyəsində olacağı ilə bağlı məlumatların yayılması həmkarımızın xoş təəccübünə səbəb olub.
Məqalədə əvvəlki mövsümlərdə vaxtından xeyli əvvəl rahat şəkildə çempion olan “Qarabağ”ın bu dəfə çətinlik çəkməsi, bunun xüsusilə Murad Musayevin gəlişindən sonra “Sabah”ın güclənməsinin sayəsində yaşanması vurğulanıb.
Bununla yanaşı, Premyer Liqa barədə məlumat toplayan həmkarımız “Kəpəz” və “Turan Tovuz”un qayıdışının Azərbaycan futboluna əhəmiyyətini qeyd edib. Ölkə kubokunda rəqabətə də yer ayıran ispanlar bu mövsümün daha gərgin keçdiyini bildirib və Premyer Liqada çempionluğa oynayan “Qarabağ” və “Sabah”ın bu turnirdə artıq mübarizədən qopmasını nümunə göstəriblər.
Birinci divizion haqda da qeydlər var. Bildirilib ki, Peşəkar Futbol Liqasının təqdimatı və AFFA İcraiyyə Komitəsinin qərarı əsasında gələn mövsümdən Premyer Liqa iştirakçılarının ikinci komandalarının 1-ci divizionda oynaması nəticəsində yaranan qarışıqlıq aradan qaldırılacaq, yəni divizion komandaları və əvəzedicilər ayrı liqalarda yarışacaqlar.
Premyer Liqa komandalarına dövlət tərəfindən 3 milyon manat dəstək ayrılmasının, 1-ci divizionda isə bu rəqəmin 10 dəfə aşağı olmasının sonuncu olmamaq üçün Premyer Liqada güzəştsiz mübarizəyə səbəb olduğu da vurğulanıb. Burada isə əsas rəqabətin “Kəpəz”, “Sumqayıt”, “Səbail” və “Şamaxı” arasında getdiyi qeyd olunub. Sonda ispan nəşri oxucularını Azərbaycan futbolunu izləməyə də səsləyib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi