9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev: “Komanda bu gün xarakter nümayiş etdirdi”

“Maraqlı oyun alındı. Hər iki komanda əzmkarlıq göstərməyə çalışırdı. Ümumi götürdükdə, futbolçular tələb olunan tapşırıqları yerinə yetirmək üçün əlindən gələni edirdilər. Hücum planında meydanda istədiyimi gördüm. Biz də nöqsanlarımızı görürük, onun üzərində çalışırıq. İnanıram ki, qarşıdakı turlarda komanda qol epizodlarını dəyərləndirməyi də bacaracaq”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (1:1) sonra deyib.

Təcrübəli mütəxəssis nəticəni ədalətli hesab etdiyini bildirib: “Hər iki komanda yaxşı mübarizə apardı. Tərəflər bir-birinə layiqli müqavimət göstərdi. Düşünürəm ki, həm rəqib, həm də biz xala layiq idik”.

Baxşıyev komandasının iki fərqli hissə keçirməsinin səbəbini belə izah edib: “Tovuz səfəri çox ağır keçir. Məsafədən əlavə, qazonun süni örtüklü olmasını da unutmayaq. Bu da komandaya diskomfort yaradır. Çünki biz təbii meydançada məşq edirik. Süni qazonda çətinliklə üzləşməyimiz gözləniləndir. Yenə də komanda bu gün xarakter nümayiş etdirdi. İkinci hissədə gözlədiyimiz futbolu sərgilədi”.

“Qəbələ”nin çalışdırıcısı turnir cədvəlində növbəti dəfə “Zirə”yə çatmaq şansını əldən vermələri haqda söyləyib: “Biz də 4-cü yer uğrunda rəqabət aparırıq. Bu rəqabətə sona kimi davam gətirməliyik. Məqsədə çatmaq üçün hər rəqiblə görüşə maksimum köklənməlisən. “Qəbələ”də oyun planı, futbolçular meydanda istədiyimi verirlər, ona görə də düşünürəm ki, nəticələr yaxşılaşacaq”.

Baxşıyev Konfrans Liqasına vəsiqə üçün bütün diqqətlərini kubokuna yönəltmədiklərini bildirib: “Sırf kuboka köklənməmişik. Düzdür, kubokda mübarizəni davam etdiririk. Lakin çempionatdan da avrokuboklara vəsiqə qazana bilərik və bunun üçün çalışırıq. Bu gün sona yaxın komanda tamamilə irəli atılmışdı. Bu da qələbə istəyinin göstəricisidir”.

Mütəxəssis yaxaladıqları qol epizodlarını dəyərləndirə bilməmələrini soyuqqanlıqla əlaqələndirib: “Yaxaladığımız qol epizodlarını dəyərləndirə bilmirik. Bu, problem deyil, futbolun bir hissəsidir. Bir qədər soyuqqanlı olmaq lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31