9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Murad Musayevdən qələbə şərhi

“Oyunun məzmunu xoşuma gəldi. Baxmayaraq ki, sona qədər gərginlik vardı. Bu cür çətin oyunda qələbə qazandıq.  "Sumqayıt"a hörmətlə yanaşıram. Onların yaxşı oyun planı var idi. Qol fürsətləri də əldə etdilər. Sadəcə bundan istifadə edə bilmədilər. Bu gün səliqəli, təmiz, simulyasiya etmədən futbol oynadılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, matçdan əvvəl rəqib komandanın baş məşqçisi Samir Abasovla dialoqu ilə bağlı söyləyib: "Hakimlik barədə danışırdım. İstəyirsinizsə, bu barədə sizə də deyim. “Şamaxı” ilə oyunda penalti epizodumuz sayılmamışdı.Hamı hər şeyi görür. Bizim penaltimizi vermədilər və nəticədə uduzuruq. Halbuki, çox vacib oyuna çıxmışdıq. Bu gün baxırıq ki, həmin matçda penaltini verməyən hakim Gəncədəki oyunu idarə edir. Namiq Ələsgərova qarşı kobud oynadılar, Emmanuel Apeh topu boş qapıya göndərməyə hazırlaşarkən arxadan zərbə vurdular, penalti təyin olunmadı. Ancaq bugün Gəncədəki matçdakı penaltini gördünüz, futbolçunun azca maykasından tutdular, penalti təyin edildi. Murad Musayev pisdir, tərbiyəsizdir, iki oyun cəzalandırdılar, 3200 manat cərimələdilər...Ancaq baş hakim istədiyini edir, ancaq onu cəzalandırmırlar. Mən 10 oyunluq cəza veriləcəyini gözləyirdim. Amma baxıram ki, bu gün də o oyun idarə edir. Hər zaman pis oyun idarə edəcək, çünki cəzalandırılmır.

Onlar mənə qarşı çox sərtdirlər. Bəli, emosional idim. Mən heç nə deməsəm də, boş yerə qovuldum. Ola bilsin ki, o, məni məşqçi qərargahından kimsə ilə səhv salıb. Məşqçilərin və futbolçuların taleyi ilə oynamaq, sonra sakitcə hakimliyə davam etmək asandır. Hakimlər oyunun tempinə böyük təsir göstərə bilər. Gələcəkdə avrokubok oyunlarında yüksək tempə ehtiyacımız olacaq. “Sumqayıt” yaxşı idi, heç kim qazonda uzanmırdı, vaxta oynamırdı, qapıçıda qıcolma yox idi. Hakim oyunun tempini ya artıra, ya da azalda bilər”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31