9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mahir Emreli: "Gec və ya tez qollar gələcək"

"Konyaspor"un yeni transferi Mahir Emreli Türkiyə mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə Türkiyə Superliqasının 24-cü turunda rəsmi debüt etdiyi "Giresunspor"a qarşı oyun (0:0) barədə danışıb:

"Giresunspor"la matç yeni oyunçularla birlikdə ilk matçımız idi. Bu qarşılaşmada qələbə qazan`mağı çox istəyirdik. Uzun müddətdir qalibiyyət əldə etməmişik və qolumuz da yoxdur. 3 xal qazanmaq istəyimiz meydanda da görünürdü.  Müdafiədə çox qalmadan daha çox hücum etmək istədik. Deməli, bu mübarizə və futbol qələbə üçün bəs etmədi".

25 yaşlı hücumçu qarşıdakı görüşlərdə daha çox çalışıb, mübarizə aparmalı olduqlarını söyləyib: "Hücumda yaradıcı olmalıyıq. Hələ itkilərimiz var. Bunları həll etməyə çalışacağıq. İnanıram ki, gec və ya tez qələbələr və qollar gələcək".

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Zaqreb "Dinamo"sundan bu mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubuna keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31