9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Tərlan Əhmədov üçün yubiley

Azərbaycan Premyer Liqasının 25-ci turu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov üçün əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, bu, onun yetirmələrinin “Sabah”a 0:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

52 yaşlı mütəxəssis ölkə çempionatlarında baş məşqçi kimi 200-cü matçını keçirib. O, Premyer Liqada 2013/14 mövsümündə AZAL-ın sükanı arxasında debüt edib. Əhmədov sonradan “Neftçi” və “Keşlə”ni də çalışdırıb. O, cari mövsümün gedişində “Kəpəz”in baş məşqçisi təyin olunub.

Premyer Liqada 10-cü mövsümünü keçirən mütəxəssisin komandaları ümumilikdə 61 qələbə qazanıb, 51 heç-heçə edib və 88 dəfə uduzub. O, Premyer Liqanın tarixinə ən azı 200 matç keçirən 10-cu baş məşqçi kimi düşüb.

Qeyd edək ki, Əhmədovun Premyer Liqadakı debütü 2014-cü il martın 23-də gerçəkləşib. Həmin matçda AZAL evdə “Bakı”ya uduzub - 1:2.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31