8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elmar Baxşıyev: “Yolumuza davam edirik”

Oyunun ağır keçəcəyini öncədən də bilirdik. “Neftçiyaxşı komandadır. Heyətində güclü futbolçular var”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqanın XXX turunda “Neftçi”yə qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis komandasının 2:1 hesablı qələbəsini belə şərh edib: “Dinamik bir matça şahidlik elədik. Hər iki komanda açıq futbol sərgiləməyə çalışdı. Düşünürəm ki, futbolçular meydanda istədiklərimi komanda şəklində verməyə çalışırdılar. Qalib gəldiyimiz üçün sevinirik. Yolumuza davam edirik”.

E.Baxşıyev vurğulayıb ki, çempionatda hansısa komandanı zəif adlandırmaq olmaz: “Ümumi götürəndə çempionatda zəif, güclü rəqib anlayışı yoxdur. 3 xal qazanmaq üçün hər oyuna maksimum köklənmək lazımdır. Futbolçular da bunu başa düşürlər. Bu oyundan sonra ən önəmlisi bərpa prosesini keçib, kubok matçına ciddi hazırlaşmaqdır”.

“Qəbələ”nin çalışdırıcısı hazırda yalnız növbəti görüşü düşündüklərini bildirib: “Məndən də soruşsanız, futbolçulardan da soruşsanız, eyni cavabı alacaqsız. Mövsümün sonunda hansısa qarşılaşmanı yox, ancaq növbəti görüşü düşünürük. Bayaq da dediyim kimi, sabahdan etibarən bütün diqqətimiz kuboka yönələcək. “Səbail”lə matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31