8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Kəpəz"ə yenə Gəncədə oynamaq qadağası

Peşəkar Futbol Liqası "Kəpəz"in 2 ev oyununun məkanını dəyişib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Misli Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı deyil. Bununla əlaqədar Peşəkar Futbol Liqası “Kəpəz”  klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində dəyişiklik edib.

Dəyişikliyə əsasən, "Kəpəz" aprelin 15-də “Turan Tovuz”a və aprelin 29-u “Sumqayıt”a qarşı ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək.

Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz”  klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31