8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Turan Tovuz”un hücumçusundan rekorda

“Turan Tovuz”un futbolçusu Runi Eva Azərbaycan Premyer Liqasında son 8 mövsümün rekorduna imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, o, 2015-ci ildən sonra bir çempionatda ən çox qol vuran afrikalı legioner olub.

Kamerunlu hücumçu cari mövsümdə 12-ci dəfə fərqlənib. O, 29-cu turda “Şamaxı” ilə ev qarşılaşmasında rəqib qapısına yol tapıb.

Afrika təmsilçisinin daha çox qol vurması sonuncu dəfə 2014/15 mövsümündə yaşanıb. Həmin vaxt AZAL-da çıxış edən konqolu Freddi Mombonqo 13 dəfə rəqib qapısına yol tapıb.

Sonrakı 8 ilin rekordu isə İbrahima Vadjiyə məxsus idi. “Qarabağ”ın seneqallısı ötən çempionatda 11 dəfə fərqlənib (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31