9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Turan Tovuz” hələ Premyer Liqada yerini təmin etməyib”

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sumqayıt”dan alınan 2:3 hesabı məğlubiyyətin arxayınçılıqla əlaqəli olmadığını vurğulayıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis oyunsonrası mətbuat konfransında qeyd edib ki, komandası hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşsa da, hələlik növbəti mövsüm üçün Premyer Liqaqa yerini təmin etməyib:

“Arxayınçılıqdan söhbət gedə bilməz. Çünki Premyer Liqada yerimizi hələ təmin etməmişik. Baxmayaraq ki, hazırda altıncı pillədəyik. Riyazi hesablamalara görə, hər şey mümkündür. 9 tur 27 xal edir. Premyer Liqada yerimizi təmin etsək belə, oyunlara qeyri-ciddi yanaşmalıyıq deyə bir şey yoxdu. Çünki hər oyun üçün mükafat ayrılır və futbolçular da həmin mükafatı qazanmaq üçün çalışırlar. Bizim ən böyük çətinliyimiz stabilliyin olmamasıdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31