9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Samir Abasovdan qələbə şərhi: “1 xal da bizim üçün çörək idi”

“Futbolçularımızı, komandamızı, azarkeşlərimizi təbrik edirəm. Həddindən artıq möhkəm komandaya qarşı oynayırdıq. Mübarizəyə böyük önəm verən kollektivə qarşı mübarizə aparmaq çox çətindir. Çox şadam ki, bütün çətinliklərə baxmayaraq, bu gün qələbə qazandıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Təcrübəli mütəxəssis Tovuzda oynamağın çətin olduğunu bildirib: “Bütün komandalar Tovuz səfərində çətinliklə üzləşirlər. O cümlədən də biz. Amma düşünürəm ki, bu gün mövsümdəki ən yaxşı oyunlarımızdan birini keçirdik. Qapımızda erkən qol görsək də, komanda sona kimi nizam-intizamı qoruyub saxladı. Oyundan qopmadıq. Rəqibin son dəqiqələrdəki təzyiqinin də öhdəsindən gəldik. “Səbail”lə görüşdə olduğu kimi, komanda sona qədər diqqətli oynadı, futbolçular özlərini itirmədilər və yekunda da 3 xal qazandıq. Çempionatda artıq son mərhələdir. Hər xal çox vacibdir. Matçdan əvvəl heç-heçə desəydilər, o da bizim üçün çörək idi. Amma yaxşı oynadıq və qalib gəldik. Futbolçularımı təbrik edirəm”.

“Sumqayıt”ın baş məşqçisi uzun müddətdən sonra qapı xəttində dəyişiklik etməsinə belə aydınlıq gətirib: “Aydın Bayramov zədələnmişdi və fasilə müddətində komanda ilə birgə məşq etmirdi. Ona görə də bu gün İlnura şans verdik. Amma deyim ki, onu hələ 2 tur əvvəldən start heyətində meydana buraxmaq istəyirdik. Çünki son zamanlar Aydın çox təzyiq altında idi və xeyli yükləndiyi üçün bəlkə də istirahətə ehtiyacı var idi. Qismət elə gətirdi ki, Bayramov zədələndi və bu gün qapıda dəyişiklik etdik.  İlnur bu gün pis təsir bağışlamadı”.

Abasov penaltini Dieqo Kariokanın yerinə yetirməsinin səbəbini belə izah edib: “Penalti epizodu elədir ki, topu kim götürdüsə, o da vurur. Mən desəm ki, sən yox, başqası vursun, o da şansını qaçırsa, qalacaqsan pis vəziyyətdə. Ona görə də bu cür epizodlarda, bəzən futbolçunun özgüvəni əsas rol oynayır. Amma əsas penalti vuran Karim Abubakardır”.

Abasov qış fasiləsindən sonra komandaya qoşulan Kamran Əliyevin hələ istənilən formada olmadığını bildirib: “Dil problemi olmayan futbolçu uyğunlaşma baxımından çətiniklə üzləşmir. Biri ilə Azərbaycan, digəri ilə rusca danışır. Kamran Əliyev bu gün meydanda ən yaxşılardan idi. Amma müəyyən epizodlarda gözləntilərimizi doğrultmadı. Düşünmürəm ki, adaptasiyanı tez keçib. Hələ ki mən istəyən formada deyil”. 

Baş məşqçi Vurğun Hüseynovun durumundan da söz açıb: “Vurğun Hüseynov bu gün köhnə zədəsini yenilədi. Süni ot örtüyündə mübarizə aparırdıq. Bura gəlməmişdən öncə də süni qazonda məşq etmişdik. Görünür, məhz bu amil Vurğuna mənfi təsir edib”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31