9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan futbolunda görünməmiş nəticə

“Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub. Bu, I Divizionun 22-ci turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qalib gəlib. Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və 1-ci Divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.

Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə 1-ci Divizion (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb. Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni - 5:5 hesabı ilə nəticələnib.

1998/99. “Viləş” - “Turan” - 6:6

2007/08. “Abşeron” - “ANŞAD-Petrol” - 5:5

2013/14. “Karvan” - MOİK - 5:5

2015/16. “Zaqatala” - “Şərurspor” - 5:5

2018/19. “Səbail-2” - “Sumqayıt-2” - 5:5

11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” - “Səbail-2” qarşılaşması idi - 5:4.

“Turan Tovuz-2”-– “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqası, kuboku və Superkubokunun təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki matç bu dəfə olduğu kimi I Divizionda baş tutub. Bu qarşılaşmaların birində 14, digərində 12 top qeydə alınıb.

2016/17. “Səbail” - “Bakılı” - 11:3

2015/16. “Energetik” - “Neftçala” - 0:12




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31