9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Qalatasaray" azərbaycanlı futbolçuların Superliqada yerli sayılmasını istəyir

"Qalatasaray" Türkiyə Futbol Federasiyasına maraqlı bir ideya ilə müraciət etməyə hazırlaşır.

Futbolxeber.az saytının "Habertürk"ə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi türk dövlətlərindən olan futbolçuların Superliqada legioner sayılmamasını istəyir. "Qalatasaray" belə oyunçuların yerli statusu ilə çıxış etməli olduğunu düşünür. Klub TFF-yə müraciətində Braziliya və Portuqaliyanı nümunə göstərəcək.

Portuqaliya və Braziliya arasındakı xüsusi razılaşmalara əsasən, hər iki ölkənin vətəndaşları 2 ölkə arasında vizasız sərbəst hərəkət edə və iş icazəsi olmadan işləyə bilərlər. Bu müqavilə birbaşa olaraq yüzlərlə oyunçuya təsir edir.

Xatırladaq ki, Azərbaycan və Türkiyə arasında da viza rejimi aradan qaldırılıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31