9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: “Böyük səhvdən sonra qol buraxdıq”

“İlk qoladək bərabər səviyyəli oyun gedirdi. Topa nəzarət etməyə çalışırdıq. Böyük səhvdən sonra qol buraxdıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsinin ilk turunda səfərdə Avstriya ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

1:4 hesablı məğlubiyyəti şərh edən italiyalı mütəxəssis matçın komandamız üçün ağır olduğunu bildirib:"İkinci qoldan sonra inamı itirdik. Son dəqiqələrədək biəz çətin oldu. Çox əziyyət çəkdik".

De Byazi gənc qapıçı Yusif İmanova şans verməsindən və oyun təcrübəsi az olan Bəxtiyar Həsənalızadənin start heyətdə yer almasından da danışıb: "Bu gün millidə debüt edən Yusif İmanov və Azər Əliyev gələcəkdə bizim üçün lazımlı oyunçular ola bilərlər. Oyundan əvvəl Bəxtiyar Həsənalızadə və Anton Krivotsyuk arasında seçim arasında qalmışdım. Antonun uzaq məsafədən gəldiyini və 8 saatlıq fərq olduğunu nəzərə alaraq Bəxtiyara şans verdik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31