9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Hazırda “Şamaxı”nın strategiyası budur, gələcəkdə nə olacağını bilmirik”

“Hamı bilir ki, bu gün “Şamaxı”nın heyətinin 80-90 faizini Premyer Liqa təcrübəsi olmayan futbolçular təşkil edir. Amma hər oyunda sona kimi mübarizə aparırlar. Düzdür, təcrübə çatışmazlığı hiss olunur. Məhz buna görə də komanda stabil nəticə qazana bilməsə də, ümumi götürdükdə pis təsir bağışlamır”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri "Şamaxı" Futbol Məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov deyib.

O, gələcəkdə klubun strategiyasının dəyişib-dəyişməyəcəyinijn hələlik qeyri-müəyyən olduğunu bildirib:

“Şamaxı”dakı gənclər bəzi legionerlərdən geri qalmadıqlarını meydanda sübut edirlər. Təbii ki, güclü rəqiblərə qarşı yalnız yerli futbolçularla mübarizə aparmaq da asan deyil. İndiki halda klubun strategiyası budur. Qarşıdakı illərdə bu məsələ ilə bağlı dəyişiklik olub-olmayacağını hələ ki bilmirik. Heyətimiz yalnız yerlilərdən ibarət olsa da, düşünürəm ki, “Şamaxı” düzgün yoldadı. Uşaqlar hər oyunda özlərini göstərməyə çalışırlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31