9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

De Byazi 3 futbolçunu heyətdən çıxarıb

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bu gün səfərdə Avstriya yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün I tur oyunu üçün "23-lüy"ü müəyyənləşdirib.

Futbolxeber.az saytının məlumatına görə, 67 yaşlı mütəxəssis sərəncamındakı 26 futbolçudan 3-nü heyətdən çıxarmalı olub.

De Byazi Ceyhun Nuriyev ("Sabah"), Azər Salahlı ("Neftçi") və Rüstəm Əhmədzadənin ("Zirə") xidmətindən yararlanmamağı qərara alıb.

Daha əvvəl Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli zədəli olduğu üçün toplanışa qatılmayıb.

Qeyd edək ki, Linz şəhərindəki “Raiffeisen Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma 3 gün sonra İsveçin qonağı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31