9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: “Uğurlu seriyanı davam etdirmək istəyirik”

Milli komandamızın baş məşqçisi Canni De Byazi sabah Avro-2024-ün seçmə mərhələsində Avstriyaya qarşı keçiriləcək matç barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, oyunöncəsi mətbuat konfransında italiyalı mütəxəssis rəqibin güclü olduğunu bildirib:

“Sabah meydanda maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Avstriya yığması çox yaxşı təşkilatlanmış güclü komandadır. Son oyunları yüksək səviyyədə keçiriblər. Heyətlərində beynəlxalq oyun təcrübəsi olan, yaxşı oyunçular var”.

De Byazi heyətdəki itkilərdən də söz açıb: “Heyətdə zədəli futbolçularımız var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bədavi Hüseynov, hücumçu Mahir Emrelinin yoxluğu komandamız üçün ciddi itkidir. Təbii ki, zədəlilərin yoxluğunu dolduracaq oyunçularımız var”.

Millimizin çalışdırıcısı qələbə seriyasını davam etdirməyə çalışacaqlarını qeyd edib: “Son matçlarda yaxşı nəticələr qazanmışıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. Qalib də gələ bilərik, məğlub da ola bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31