9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Ranqnik: "Əminəm ki, Azərbaycana qalib gələ bilərik"

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyun ilə bağlı fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis millimizə qalib gələcəklərinə inandıqlarını deyib:

“İlk dəfə favorit olduğumuz 2 oyunumuz var. Azərbaycan üzərində qələbə qazanacağımız gözlənilir. Heyətimizdə itkilər var. Bunların öhdəsindən gəlmək üçün kifayət qədər keyfiyyətimiz var. Komanda məşqdə çox yaxşı təsir bağışladı.  Biz irəliyə doğru addım atmalıyıq. Mən əminəm ki, biz bunu edə bilərik. Bilirik ki, topa nəzarət etmək istəyən güclü komandaya qarşı oynayacağıq. Onlar son 5 oyunda qələbə qazanıblar".

Qeyd edək ki, martın 24-də “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31