9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev üçün yubiley

Azərbaycan Premyer Liqasının XXVII turu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev üçün əlamətdar olub.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 43 yaşlı mütəxəssis “qırmızı-qaralar”ı 100-cü çempionat matçına çıxarıb. Bu, “Şamaxı” ilə ev görüşünə təsadüf edib.

Qəbələ şəhər stadionundakı görüşdə meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Baxşıyevin rəhbərliyi altındakı 100 görüşdə 31-ci qalibiyyəti olub. “Qəbələ” bu müddətdə 33 heç-heçə edib və 36 dəfə uduzub.

Baxşıyev Premyer Liqada 100 və daha çox görüşdə “qırmızı-qaralar”a rəhbərlik edən üçüncü mütəxəssisdir. Onadək Ramiz Məmmədovla Roman Qriqorçuk da “100”ü arxada qoyub.

Xatırladaq ki, baş məşqçinin debütü 2019-cu il sentyabrın 14-də gerçəkləşib. Həmin gün “Qəbələ” səfərdə “Sabah”a qalib gəlib - 1:0.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31