9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Qarabağ" 22 illik rekordu təkrarladı

Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ın qonağı olan “Qarabağ” 6:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının məlumatına görə, nəticədə Qurban Qurbanovun komandası səfərdəki məğlubiyyətsizlik seriyası 23-ə çatıb. Ağdam klubu cari mövsüm rəqib meydanındakı 14 görüşdə uduzmayıb. Ötən mövsümün son 9 səfərində də xalsız qalmayan Qurbanovun yetirmələri sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”lə görüşdə məğlub olub - 1:3.  Rəqib meydanında keçirilən son 23 qarşılaşmada 19 qələbəsi olan “Qarabağ” 4 dəfə heç-heçə edib.

Bununla da Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb. 1999-2001-ci illərdə ardıcıl 23 səfər oyunundan məğlubiyyətsiz ayrılan “Şəmkir” mütləq rekordçu idi. “Qarabağ” bu göstəricini 22 ildən sonra təkrarlamağa nail olub. Ağdamlılar növbəti səfər qarşılaşmasında yeni rekord müəyyənləşdirə bilər (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31