9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qəbələ” yeni sponsorla anlaşdı

“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayıb. Futbolxeber.az saytının məlumatına görə, fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət “EUROCLİMA” MMC “Qəbələ” Futbol Akademiyasının forma arxası sponsoru olub.

Bu gün klub və şirkət arasında rəsmi müqavilə imzalama mərasimi baş tutub. Qəbələ şəhər stadionunda təşkil edilən tədbirdə klubun prezidenti Fariz Nəcəfov, şirkətin təsisçisi Aslan Abdullayev və qonaqlar iştirak ediblər. “Qəbələ” İdman Klubu ilə “EUROCLİMA” arasındakı sponsorluq razılaşması 3 il müddətinə imzalanıb. Anlaşmaya əsasən “Qəbələ” akademiyasının komandalarının oyun formalarının arxa hissəsində “EUROCLİMA” brendinin loqosu əks olunacaq. Rəsmi oyunlar zamanı şirkətin loqosu olan bannerlər yerləşdiriləcək. Bundan başqa, Qəbələ şəhər stadionundakı meydançalardan biri “EUROCLİMA” adını daşıyacaq. İmzalama mərasimində klub prezidenti Abdullayevə “Qəbələ”nin 39 nömrəli formasını hədiyyə edib.

Nəcəfov çıxışında son vaxtlar klubun büdcəsinin azalması və bunun akademiyaya da təsir etdiyini bildirib. Bu səbəbdən də yeni sponsorla anlaşmanı əhəmiyyətini önə çəkən klub rəhbəri durumun qat-qat yaxşılaşacağını qeyd edib. O bildirib ki, sponsorluq sayəsində əldə olunan vəsait akademiyaya yönələcək və bir neçə komanda beynəlxalq turnirlərə göndəriləcək. Abdullayev “Qəbələ” Futbol Akademiyasının uşaq futbolunda ön sıralarda olduğunu, ölkənin bütün klublarda yetirməsinin yer aldığını vurğulayıb. O, sosial layihə çərçivəsində bu idman növünün inkişafına dəstək olmaq arzusunu açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31