9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Gent”in icraçı direktoru: “Qarabağ” kimi rəqiblə oynasaq, tribunalar boş qalar”

“Qarabağ” kimi rəqiblə oynasaq, tribunalar boş qalar və 17 000 yox, 11 000 azarkeş gələr”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Belçikanın “Gent” klubunun icraçı direktoru Mişel Luvaqi UEFA Konfrans Liqası oyunlarına azarkeş marağının az olmasına münasibət bildirərkən deyib.

Turnirin pley-off mərhələsində “Qarabağ”ı (0:1, 1:0. Penaltilərlə - 5:3), 1/8 finalda isə Türkiyə klubu “Başakşehir”i (1:1, 4:1) məğlub edən “Gent” 1/4 finalda daha güclü rəqiblə qarşılaşmaq istəyir.

Luvaqi yalnız bu halda ev matçlarına çox sayda azarkeşin gələcəyini düşünür: “Azarkeşlərimiz bizi ən yaxşı komanda kimi görürlər. Ancaq onlar “Qelamko Arena”da rəqib kimi yüksək səviyyəli klubları görmək istəyirlər. Məsələn, “Zenit” və ya “Tottenhem” ola bilər. Çoxlu illik abunəçilərimiz olsa da, onlar matçların 60 faizinə gəlirlər”.

Qeyd edək ki, “Gent”in həm “Qarabağ”, həm də “Başakşehir”lə ev oyununu təxminən 11000 azarkeş tribunadan izləyib. “Qelamko Arena” 20000 tamaşaçı tutumuna malikdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31