9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Kadi: “Krasnodar”a keçmək mənim üçün irəliyə doğru bir addım deyil”

“Krasnodar"a keçmək mənim üçün irəliyə doğru bir addım deyil, amma burada özümü sübut etmək üçün çox yaxşı fürsətdir".

Futbolxeber.az saytının "RB Sport"a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın "Krasnodar" klubunun yarımmüdafiəçisi Kadi Borges bildirib.

"İndi yüz faiz yeni komandama köklənmişəm. Mənim üçün bu, yeni bir fürsətdir. Mən kluba mümkün qədər çox kömək etmək və hər oyunda daha yaxşı çıxış etmək istəyirəm”, - deyə braziliyalı oyunçu qeyd edib.

O, yeni komandasında 3 oyunda meydana çıxıb. Kadi 2 dəfə Rusiya kubokunda, 1 dəfə isə yerli Premyer Liqa matçında komandasına kömək edib. Bu 3 görüşün hər birində braziliyalı start heyətdə yer alıb.

Xatırladaq ki, Kadi 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31