9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

FİFA rəsmisi: “Sərxan Hacıyevə Elxan Məmmədovun yolu ilə addımlamağı arzulayıram”

“Növbəti həftə Rövnəq Abdullayevin AFFA prezidenti seçilməsinin 15 ili tamam olacaq. Keçən il mən burada olanda sonuncu dəfə Elxan Məmmədov baş katib və vitse-prezident idi. Hazırda o, FIFA-da vacib vəzifədədir. Bu da təsadüfi deyil. Elxan Məmmədovun yüksək vəzifə tutması AFFA-dakı inkişafın göstəricisidir. Bir ildir ki, Sərxan Hacıyev baş katibdir. Elxan Məmmədov baş katib olanda UEFA-dakı ən gənc idarəçilərdən biri olub. Sərxan Hacıyevə də bu yolu addımlamağı arzulayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bunu AFFA-nın Konfransında çıxışı zamanı FİFA-nın Milli Assosiasiyalar departmentinin nümayəndəsi Heidi Behan

O, Azərbaycan futbolunda gələcəklə bağlı yaxşı planların olduğunu diqqətə çatdırıb: “Qadın, uşaq futbolu və s. 15 il öncə bu ölkəyə gələndə belə infrastrukturlar yox idi. UEFA olaraq dəstək olduq və məmnunuq ki, hazırda Azərbaycanda futbol infrastrukturu yüksək inkişaf yolundadır. Bu cür şəraitin olması UEFA və FIFA səviyyəli beynəlxalq yarışların keçirilməsi baxımından vacibdir. Təsadüfi deyil ki, Azərbaycanda bir çox beynəlxalq yarışlar keçirilib. UEFA Avropa Liqasının finalı, Avropa çempionatının oyunları və s. Sizin təcrübəli tədbir təşkilatçılarınız var”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31