9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA regionlarda yeni stadionlar tikəcək

AFFA qarşıdakı illərdə regionlarda daha bir neçə yeni stadion inşa etdirəcək.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev açıqlama verib.

O qeyd edib ki, 2024-2028-ci illər ərzində bir neçə stadionun inşası nəzərdə tutulub: "Bu haqda qərar İcraiyyə Komitəsinin iclasında qəbul olundu. Hələlik stadion tikiləcək regionlar müəyyənləşməyib. Ona görə də indidən işğaldan azad olunmuş ərazilərin bu siyahıda olub-olmadığını dəqiq deyə bilmərik. Hazırda sırf  regionlarla bağlı müəyyən müzakirələr gedir. Lakin bir məqamı qeyd edə bilərəm ki, Tərtərdə stadionda tikilməsi barədə demək olar ki qərar qəbul edilib".

Baş katib "Səbail"in yeni mövsümdən regionda çıxış edə biləcəyi barədə suala cavabında bu məsələnin müzakirə edilmədiyini, eləcə də I Divizionda MOİK klubunun gələcəkdə Tərtərdə məskunlaşacağı haqda xəbərin həqiqəti əks etdirmədiyini bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31