9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Nazir: "Nəticələrimiz var, idmanda da, futbolda da"

“Ölkəmizdə idman dövlət siyasətidir, dövlət qayğısı, ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Futbolçular və idmançılar bilir. İdman üçün ölkəmizdə yaradılan şəraitdən xəbərimiz var. Nəticələrimiz də var, idmanda da, futbolda da".

Futbolxeber.az saytının məlumatına görı, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Konfransında çıxışı zamanı deyib.

O, Konfransın uğurla təşkil olunduğunu qeyd edib: "AFFA-nı təbrik edirəm. Bugünkü konfrans çox yaxşı təşkil olunub. AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov artıq FİFA-da çalışır. Bu da nailiyyətdir".

Nazir AFFA ilə birgə çalışmalı olduqlarını deyib: "Mən də “Qarabağ”ı qazandığı nəticələrə görə təbrik edirəm. Təbii ki, biz azarkeşlər daha yaxşı nəticə istəyirik. Amma unutmayaq ki; güclü Avropa klubları ilə oynayırıq. AFFA ilə bərabər çalışmalıyıq və istəyirik ki, klubların sayı daha da artsın. İnanıram ki, bu istiqamətdə işlər gedəcək, klubların sayı artacaq. Yeni stadionlar tikilib. Amma yenə də, bu istiqamətdə işlər görməyimiz lazımdır.FİFA və UEFA-ya minnətdarlıq edirəm ki, federasiya dəstək olurlar, klublara kömək olurlar. Futbolun inkişafı üçün töhfə verirlər. Futbol ən populyar idman növüdür. Federasiyasının büdcəsindən bilinir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31