9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qarabağ” yayda yeni futbolçularla güclənəcək

“Yayda bir neçə transfer etmək fikrindəyik. Daim liderliyi qoruyub saxlamaq istəyiriksə, Avropada hər zaman uğurla çıxış etməyi hədəfləyiriksə, heyətimizin hər zaman genişlənməsinə ehtiyac var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki, hər hansı oyunçunun yoxluğu komandanın çıxışına təsir etməməlidi:

“Bu gün komandamızda qapıçılardan başqa 23 futbolçu olsa da, gördünüz ki, avrokuboklardakı oyunlarımızda nə qədər çatışmazlığımız oldu. 7-8 ay ərzində oynamayan futbolçularda zədələri, mikro zədələri də gözləməliyik. Böyük oyunlarda bəzən güc çatmır. Ona görə də Diakabi, Benzia düşünmədiyimiz zədələrlə üzləşdilər. Onların hazırlıq səviyyəsi elə idi ki, minimum 30-45 dəqiqə meydanda mübarizə apara bilərdilər. Lakin matçların gərginliyi göstərdi ki, bizim düşündüyümüz kimi olmadı. Vacib məqam odur ki, hansısa oyunçunu itiririksə, oyunumuzu itirməməliyik. Zədəlini əvəzləyən futbolçumuz da yaxşı səviyyədə, bacarıqlı olmalıdır. Ona görə də yayda yeni transferlərin gözlənildiyini söyləyə bilərəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31