9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev: “Qarabağ”dan çəkinmədik, öz oyunumuzu göstərməyə çalışdıq”

“Oyunun ağır keçəcəyini əvvəldən bilirdik. “Qarabağ” çempionatın ən yaxşı komandalarındandı. Oyuna yaxşı başladıq. Futbolçular meydanda istədiyimiz oyunu göstərirdilər. Ümumi götürdükdə, komandamdan razı qaldım. Rəqibdən çəkinmədik və öz oyunumuzu göstərməyə çalışdıq. Müəyyən səhvlərimiz oldu. Bu da rəqibin təzyiqindən irəli gəlirdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis rəqibin gücünə baxmayaraq, müdafiə futbolu oynamadıqlarını vurğulayıb: “Top rəqibdə olanda təbii ki, müdafiə olunmalısan. Amma biz futbolçulardan rəqibi öndə qarşılamağı tələb edirik. Biz o komandalardan deyilik ki, tamamilə müdafiəyə qapanaq və oyun ərzində cəmi 1-2 epizod gözləyək və onu dəyərləndirməyə çalışaq. Heyətimizdə olan futbolçularda da hücumda oynamağa impuls verir. Ona görə də komandadan hücum futbolu tələb edirik”.

“Qəbələ”nin çalışdırıcısı qol epizodlarını boşa vermələrinə belə münasibət bildirib: “Qol epizodları yaratmaq özü belə güc tələb edir. Komanda şəklində şansları yaxalayırıq. Yalnız dəyərləndirmədə bir qədər çətinliklər var. İstənilən halda, gördüklərimiz bizə inam verir”.

Elmar Baxşıyev “Qəbələ”nin heyətində legionerin çox olması haqda sualı belə cavablandırıb: “Heyətə baxdıqda start heyətində 5 legioner, 6 yerli futbolçu çıxmışdı. Mən futbolçunun legioner, yaxud yerli olmasına çox da önəm vermirəm. 23 nəfərlik heyətimiz var və hər tur kim daha layiq olursa, meydana da o çıxır”.

İbrahim CƏFƏROV

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31