9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aqolli: "De Byazi işlədiyim ən yaxşı məşqçilərdən biridir"

Albaniya millisinin və "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqolli yığmada çıxış etdiyi vaxtlardan danışıb.

Futbolxeber.az saytının balkanweb.com-a istinadən verdiyi məlumata görə, o, Albaniya millisinin keçmiş çalışdırıcısı, hazırda Azərbaycan yığmasına baş məşqçilik edən Canni de Byazidən də söz açıb.

40 yaşlı sabiq müdafiəçi De Byazinin işlədiyi ən yaxşı mütəxəssislərdən biri olduğunu deyib: “Milli komandadakı anları xatırlayıram, amma hər şey başa çatdı və bir daha qayıtmayacaq. Çox gözəl xatirələrim var və onlar ömrümün sonuna kimi mənimlə qalacaqlar. Hazırda da millinin çox gözəl heyəti var. Ümid edirəm ki, milli komanda indi bizim dövrümüzdən də yaxşı çıxış edəcək, futbolçular daha keyfiyyətli olacaq. Biz Avro-2016-nın seçmə mərhələsinə yaxşı başlamışdıq, çox irəliləyiş oldu, Serbiya ilə matç futbolda və millidə çox şeyi dəyişdi. Azarkeşlər mənəvi baxımdan bizə çox dəstək oldular. Canni de Biazi isə işlədiyim ən yaxşı məşqçilərdən biridir”.

Hazırda ABŞ-da futbol akademiyasına rəhbərlik Aqolli edən fikirlərinə bunları da əlavə edib: "Futbolçu olmaq və məşqçi olmaq iki fərqli şeydir. Futbolçu olanda bu, şəxsi zövq bəxş edir. Başqaları üçün isə məşqçi olmaq daha böyük zövqdür. Mənim öz akademiyaın olması əvvəldən nəzərdə tutulurdu. Akademiya keyfiyyət baxımından daim böyüyür. Biz bura köçəcəyimizi əvvəldən planlaşdırmışdıq. İndi təcrübə qazanmışam. Albaniyada futbol akademiyası aça bilərəm".

Qeyd edək ki, Ansi Aqolli 2012-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. O, 2005-2018-ci illərdə Aalmaniya millisində oynayıb. Canni De Byazi isə 2011-2017-ci illərdə bu yığmanı çalışdırıb. İtaliyalı mütəxəssis 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31