Ölkə futbolu
Tahir Gözəl: “Bugünkü qələbə böyük acımıza kiçik təsəllidi”
“İlk öncə Türkiyə xalqına təəssüfümüzü, kədərimizi bildirirəm. “Qarabağ” klubun ən acılı günlərimizdə xalqımıza təsəlli olub. Bugünkü qələbə də böyük acımıza kiçik təsəllidi. “Qarabağ” bugün pley-offda qələbə qazanmaqla Azərbaycan futbolu tarixində ilkə imza atdı. Lakin cütün taleyi hələ həll olunmayıb. İndi əsas məsələ cavab oyununda mərhələ adlamaqdı. Mən özüm də fevralın 23-də Belçikada olacam. Bizim üçün tarixi bir oyundu”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Konfrans Liqasının pley-offunda “Gent”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Klub rəhbəri “Qarabağ”ın heç bir futbolçudan asılı olmadığnı bildirib: “Bu gün heyətimizdə çox dəyişikliklər var idi. Zədəlilər, gedənlər oldu. Amma sevinirəm ki, bu gün “Qarabağ” heç bir futbolçudan asılı olmadığını göstərdi. Oyundan əvvəl çoxları heyətdəki dəyişikliklərə görə “Qarabağ”ın vəziyyətindən narahat idi. Göründü ki, artıq “Qarabağ” ənənəsi olan bir Avropa klubudu. Qurban hocanın da bu gün məharətini gördük”.
O, səfərə də qələbə üçün yollanacaqlarını deyib: “Bugünkü oyun ümidləndirdi bizi. Rəqib əks-hücumlarda çox təhlükəlidi. Cavab matçında çox diqqətli olmalıyıq. Hesab edirəm ki, yeni transferlərin bir qədər zamanı ehtiyacı olduğu üçün hər oyundan oyuna daha güclü “Qarabağ” görəcəyik. Səfərdə də qələbə qazanmaq istəyirik”.
Tahir Gözəl qələbəni Türkiyə xalqına ərməğan etdiklərini vurğulayıb: “Bu qələbəni Türkiyə xalqına ərmağan edirik. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Bu qələbə Türkiyəyə mənəvi hədiyyəmiz olsun”.
Klub prezidenti vurğulayıb ki, vidalaşdıqları futbolçular özləri getmək istəyiblər: “Təşəbbüs futbolçulardan gəlib. İstər Vadji olsun, istər Kadi, istər Ovusu. Qanun da qalmaq istəməyən futbolçunu komandada zorla saxlamağa imkan vermir. Futbolçuların gedişini əngəlləmək üçün onların qarşısında çətinliklər yaradırıq. Məsələn, Kadiya deyilmişdi ki, minimum 5 milyon avro qarşılığında “Qarabağ”dan gedə bilərsən. Əlimizdən gəldiyi qədər futbolçularla müqvilələrdə klubun xeyrinə olan şərtlər daxil edirik. Amma bir klub bizə 5 milyon avro, futbolçuya da dördqat artıq maaş verirsə, onu heyətdə saxlaya bilmərik. Dubayda təsadüfən Kadi ilə görüşdüm. O dedi ki, “Qarabağ” heç vaxt unuda bilməyəcəyim evimdi. Qurban Qurbanovun liderliyindən, bacarığından, məharətindən danışdı. “Qarabağ”ı “Qarabağ” edən budu. Bu ruh, bu enerji bizdə olduqca komandamıza qoşulan futbolçular burada inkişaf edəcəklər”.
Sonda T.Gözəl bugünkü matçda ikinci hissədə meydana çıxan yeni transferlərin çıxışını dəyərləndirib: “Komandaya qısa müddət əvvəl qoşulduqlarını nəzərə alsaq, onlardan razı qaldım. 100 faiz deməzdim. Çünki bunun üçün vaxt lazımdı. Etiraf edim ki, bu gün oyuna həyəcanla baxırdım. Ona görə ki meydanda yenilənmiş “Qarabağ” var idi”.
Fərəc ASLANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib